Zaura Models: İndoneziyada hicablı xanımların model agentliyi

Zaura Models: İndoneziyada hicablı xanımların model agentliyi
9 May 2016 Əlavə edildi, 698 Oxundu.
Reklam

İndoneziyada müxtəlif sahələrdən bir araya toplanan 6 müsəlman xanım: Lulu Elhasbu, Aşfi Qamara, Lidia Septiani, Vita Firta, Dian Ayu, Frida Xalisa hicablı xanımlardan ibarət model agentliyini yaratmışlar. 2010-cu il Ramazan ayında “Zaura Models” layihəsini gerçəkləşdirən agentliyin əsas məqsədi müsəlman qadın geyimlərini dəb industriyasında tanıtmaqdır.

“Zaura models” agentliyində çalışan 26 modelin içərisində hicablı xanımlarla yanaşı hicab geyinməyən modellər də vardır. “Zaura Models”-in üzvü Lulu Elhasbu qeyd edir ki, modellərə hicab geyinmək məcburi olmasa da modellərin nümayiş etdirdikləri kolleksiyalar yalnız hicab üslubundadır.

Daim müştərilərinin tələblərinə cavab verməyə çalışan agentlik boyu 172 sm-dən aşağı olmayan modellərlə əməkdaşlıq edir. Lulu Elhasbu hesab edir ki, onlar həmişə ilin trendlərinə uymağa çalışır. Mövcudluğu müsəlman dizaynerlər tərəfindən də yüksək qiymətləndirilən “Zaura Models” Dian Pelangi, Hanni Hanato, İrna Mutiara və başqa dizaynerlərin moda nümayişlərində iştirak edir.

Zaura Models Zaura Models3 Zaura Models4 Zaura Models5 Zaura Models6 Zaura Models7 Zaura Models8 Zaura Models9

Züleyxa jurnalı

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git