Topshop-un bənzərsiz yeni kolleksiyası

payız fəslinin əvvəli üçün yeni kolleksiyasını təqdim edib. Demək olar ki, bir çox parçasının oxşarı yoxdu. Tamamilə fərqli tərzdə yaradılan bu bənzərsiz kolleksiya iki əsas xətdən ibarətdir. İlk 20 formasız paltarların bəziləri geniş və rahatdır. Kolleksiyanın bu hissəsi istənilən mühitdə şıq olmaq üçün hesablanıb. Eyni zamanda Topshop 2016 payız öncəsi kolleksiyasına leopar printli qabarıq və geniş iki ədəd dəri pencək də əlavə edib. Önümüzdəki payız mövsümü üçün brend çox istiqamətli istifadə edə biləcəyiniz maksi ətək və denim paltarı da sizin üçün hazırlayıb. 

Gələk kolleksiyanın ikinci hissəsinə. Bu bölümdə daha çox feminen və bəzəklər öz sözünü deyir. Əgər party-ə, ya da kiçik bir dəvətə gedəsi olsanız və şıq görünmək istəsəniz Topshop-un yeni kolleksiyasının bu hissəsi sizin köməyinizə gələcək. Burada bəzi detallar və formalar 70-ci illərin nostlajisini sizə bəxş edir. Printli maxi və mini paltarlar, həm də bluz üzərinə geyinilən uzun geyimlər – bu hissənin ən həssas parçalarıdır.

Qeyd edək ki, Topshop hələ də gənc xanımlar üçün uyğun markadır. Yeni kolleksiyadan görüntülərlə tanış ola bilərsiniz.

 

 

15 Fevral 2016 Əlavə edildi, 724 Oxundu.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git