Sürətli makiyaj təmizləmə hiylələri

Sürətli makiyaj təmizləmə hiylələri
11 Aprel 2016 Əlavə edildi, 347 Oxundu.
Reklam

Məlumdur ki, yatmamışdan əvvəl makiyajı təmizləmək mütləqdir. Çünki dərimiz ən çox gecələr nəfəs alır, hərəkətdə olur. Amma bəzən tənbəlliyimizdən, yorğunluqdan makiyajımızı təmizləmədən yatırıq. Düşünürük ki, dərinləməsinə təmizlik çox vaxt və enerji aparacaq, ona görə də makiyajımızı təmizləmədən gecəni başa vururuq. Amma həm tənbəlliyinizin, həm də dərinizin sağlamlığının açarı bizdədir. Sizə təqdim etdiyimiz sürətli makiyaj təmizləmə hiylələrinə əməl etsəniz gözəl dəriyə sahib olarsınız. 

Kokos yağı

Dəriyə qulluqda ən təsirli vasitələrdən olan kokos yağı eyni zamanda da makiyaj təmizləyicisi olaraq da istifadə edilə bilir. Kokos yağından az bir hissə əlinizə alıb barmaqlarınızla massaj edərək üzünüzə çəkin. Eyni zamanda da bu yağ suya davamlı olan tuşunuzu və eyeliner-inizi də asanlıqla təmizləyəcək. Nəticədə dəriniz dərindən təmizlənmiş, yumşaq və hamar olacaq.

Makiyaj təmizləmə suyu

Kokos yağı ilə makiyajınızı təmizlədikdən sonra pambığı makiyaj təmizləmə suyuna azca batırıb dərinizi silin. Bu proses yağın çıxara bilmədiyi çirkləri təmizləyir və kokos yağının dəriyə yaxşı təmasına şərait yaradır. Eyni zamanda bu tip makiyaj təmizləmə suları dəri təmizləyici və ya tonik olaraq da dərinizi qurutmadan və zədələmədən istifadə edəcəyiniz məhsullardır.

Nəmləndirici

Əgər yuxusuzluğa azca da dözə bilsəniz sonda üz dərinizi nəmləndirin. Bunun üçün nəmləndirici gecə krem çəkin və yatın. Üzünüzü nəmləndirərkən boynunuz yaddan çıxmasın. Amma iki proseduru etmisinizsə və yuxunuz çox gəlirsə, enerjiniz yoxdursa o zaman nəmləndirici kremsiz də yata bilərsiniz. Çünki kokos yağı və makiyaj təmizləmə suyunun tərkibindəki molekullar dərinizin ehtiyacı olan nəmi bütün gecə siz yatarkən dərinizə verəcək.

Makiyaj təmizləmə salfeti

Yuxarıdakı prosesləri etməyə enerjim yoxdur deyirsinizsə dərinizi makiyaj təmizləmə salfetləri ilə sürətli şəkildə təmizləyib su ilə yuyun və yatın. Amma səhər oyandığınızda mütləq mütəmadi olaraq dərinizə tətbiq etdiyiniz makiyaj təmizləmə prosedurunu edin. Çünki makiyaj təmizləmə salfetləri dərinizə lazımlı təmizliyi vermir.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git