Quru Şampun: Saçı Bir Neçə Dəqiqəyə Təmiz Edir

Quru Şampun: Saçı Bir Neçə Dəqiqəyə Təmiz Edir
9 May 2016 Əlavə edildi, 304 Oxundu.
Reklam

Təmiz və baxımlı saçlar hər kəsin gözəlliyində təməl nöqtələrindən biridir. Biz hər zaman saçlarımızın təmiz olmasını diqqət etməli və onlara qulluq etməliyik. Lakin, bəzən olur ki, çox tələsirik və saçımızı yumağa, yenidən fenləməyə vaxtımız olmur. Bunun da çarəsi çoxdan tapılıb – quru şampun.

Quru şampun toz və ya sprey halında olan vasitə olmaqla, çox sürətli şəkildə çirkli saçı təmiz göstərməyə nail olmaq üçün istifadə edilir. Əgər sizin həqiqətən də başınızı yumağa vaxtınız yoxdursa, bundan rahat seçiminiz ola bilməz.

Flakonun içində olan müxtəlif ətirli tozun təsir qaydası çox sadədir: içindəki tərkib hissələri saçda olan çirk və yağlılığı içinə çəkərək, saçın təmiz görünməsini təmin edir.  Lakin, bu tozun digər faydalı xüsusiyyətləri də mövcuddur. Quru şampun vasitəsilə saçlarınıza həcm də verə bilərsiniz.  Bundan başqa sarışın xanımlar saçlarını rəngləyib və yenidən dibləri çıxıbsa, bu şampun vasitəsilə onları gizlədə də bilər. Pariklərin və şinyonların təmizlənməsi üçün də istifadə edilə bilər.

İstifadə Qaydaları 

Quru Şampunu ancaq və ancaq quru saçlara çəkmək lazımdır. İstifadə etməmişdən əvvəl flakonu yaxşıca silkələyin və daha sonra daranmış saçları hissə-hissə ayıraraq, tətbiq edin. Saçın dibinə daha çox olmaqla, bütün uzunluq boyu çəkin. Heç bir halda, həddindən artıq istifadə etməyin. Bu əks effekt yaradır və saçların daha da çirkli, yağlı görünməsinə səbəb olur.

Vasitəni saçlarınıza çəkdikdən sonra, 2-3 dəqiqə gözləyirsiniz ki, proses baş versin. Daha sonra yavaş hərəkətlərlə başınızın dərisini masaj edib, saçlarınızı silkələyib, daraya bilərsiniz. Quru şampunla birlikdə, saçlarınızdakı kir və yağ da yox olacaq.

Lakin, unutmayın ki, bu şampundan ancaq çox təcili olduğu hallarda istifadə etmək olar. Tez-tez istifadə olunduqda, saçlarda kəpəklənməyə də yol aça bilər.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git