Qışda dodaqlarınızı qorumağın 6 yolu

Qışda dodaqlarınızı qorumağın 6 yolu
16 Fevral 2016 Əlavə edildi, 9.025 Oxundu.
Reklam

Qış aylarında soyuq havanın təsiri ilə dodaqlarımız quruyub çatlayır. Bu qurumuş dodaqları necə əvvəlki sağlam halına gətirə bilərəm deyirsinizsə, aşağıda yazdığımız tövsiyyələrə əməl etməyə çalışın.

1. Dodaq kremi vurun
Xüsusilə qış aylarında dodaq kreminin həmişə yanınızda olmasına diqqət yetirin. Əgər evdən çıxarkən vurmamısınızsa, çantanızdakı nəmləndirici kremdən istifadə edə bilərsiniz. Lakin, dodaq kreminin içində SPF(Günəşdən qoruma faktoru) olmasına diqqət edin. Günəşdən qoruyucu xüsusiyyətli bir krem olsa, daha yaxşı olar.

2. Zeytun yağlı qarışımdan istifadə edin
Bir az zeytun yağı ilə şəkər tozunu qarışdırın və dairəvi hərəkətlərlə ovaraq dodaqlarınıza sürtün, sonra isə yuyun. Bu qarışımı həftədə bir dəfə tətbiq edərək dodaqlarınıza itirdiyi nəmi geri qazandıra bilərsiniz.

3. Üzünüzü təmizlədiyiniz vasitələrə fikir verin
Üz təmizləmək üçün gel və ya tonikinizin tərkibində salisil turşusu və ya benzoil peroksid kimi maddələrin olması dodaqlarınızın qurumasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün təmizləyici vasitəni istifadə etməzdən əvvəl dodaq kremi vurmağınızı tövsiyyə edirik.

4. Soyuqdan qoruyun
İstifadə etdiyiniz şərfi dodağınızı örtəcək şəkildə bağlayaraq onları soyuqdan qoruya bilərsiniz.

5. Pomada seçiminə diqqət göstərin
Makiyajı gözəl göstərən şeylərdən biri də, şübhəsiz ki, pomadalardır. Qış aylarında mat pomadalar yerinə daha çox nəmləndiricili pomadalar vurmağa üstünlük verməlisiniz.

6. Yediklərinizə fikir verin
Dodaqların qurumağına səbəb olan şeylərdən biri də acılı və duzlu yeməkdir. Xüsusilə qış aylarında duzlu və ədviyyatı bol olan yeməklərdən bir az uzaq duraraq dodaqlarınızın canlılığını qoruya bilərsiniz.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git