Qat-qat xəmirli kabab

Qat-qat xəmirli kabab
18 Aprel 2016 Əlavə edildi, 409 Oxundu.
Reklam
Bu gün sizlərə dadından doyulmayan, evinizin əziz qonaqları üçün hazırlaya biləcəyiniz, ləziz dada malik “Qat-qat xəmirli kabab” reseptini təqdim edirik.
Tərkibi: 500 qr qiymə, 500 qr mayasız qat-qat xəmir, 3 x.q. soya sousu, Qara istiot, 1 baş soğan, 2 diş sarımsaq, Göyərti, Kahı. Hazırlanması: Soğanı sürtgəcdən keçirin (ət maşınından da çəkə bilərsiniz), qiyməyə qatın. Soya sousu, istiot, sarımsaq əlavə edin, duz vurarkən soya sousunun duzlu olduğunu nəzərə alın. Qiyməni yaxşıca qarışdırıb 30 dəqiqə soyuducuda saxlayın.
Hazırlanması: Soğanı sürtgəcdən keçirin (ət maşınından da çəkə bilərsiniz), qiyməyə qatın. Soya sousu, istiot, sarımsaq əlavə edin, duz vurarkən soya sousunun duzlu olduğunu nəzərə alın. Qiyməni yaxşıca qarışdırıb 30 dəqiqə soyuducuda saxlayın.

Soğanı sürtgəcdən keçirin (ət maşınından da çəkə bilərsiniz), qiyməyə qatın. Soya sousu, istiot, sarımsaq əlavə edin, duz vurarkən soya sousunun duzlu olduğunu nəzərə alın. Qiyməni yaxşıca qarışdırıb 30 dəqiqə soyuducuda saxlayın.

Kabab

Sonra qiymədən küftələr düzəldin (1 şiş üçün 4 küftə, birinin çəkisi 25 qr olmaqla). Xəmiri düzbucaqlı yayın, küftələrin diametrindən bir qədər enli hissələrə doğrayın.
Kabab
Şişləri əvvəlcədən suda 2 dəqiqə isladın. Sonra aralarına xəmir keçirməklə küftələri şişə çəkin. Yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin.
Kabab

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git