New York moda həftəsi və ən gözalıcı küçə stilləri

İlk öncə moda həftəsi haqqında kiçik məlumat verək: New York moda həftəsi dünyanın 4 əsas moda həftələrindən biridir, digərləri isə Paris, Milan və London Moda Həftələridir. İlk dəfə 1943-cü ildə Eleanor Lambert tərəfindən təşkil olunmuş bu tədbir dünyanın ilk moda həftəsi olmuşdu. Hər il fevral və sentyabr aylarının 2-ci həftələri keçirilir və adətən 7-9 gün davam edir. Fevral ayında məşhur markalar gələcək ilin payız-qış, sentyabr ayında isə yaz-yay fəsillərinin kolleksiyalarını təqdim edirlər.

Mütəmadi olaraq Michael Kors, Tommy Hilfiger, Anna Sui, Custo Barcelona, Marc Jacobs, Donna Karan, Diana von Fürstenberg (DvF), Vera Wang markalarının nümayişləri keçirilir.

Təbii ki, hər moda həftəsində yeni kolleksiyalarla birlikdə gözlər, nümayişlərə gələn məşhurlar, moda bloqerlərində olur. Yeni kolleksiyalara hər fəsildən öncə baxmaq daha uyğundur, o zaman gəlin birlikdə soyuq New York küçələrindəki o rəngarəng, fərqli, gözalıcı görünüşlərlə içimizi isidək:

25 Fevral 2016 Əlavə edildi, 747 Oxundu.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git