Müharibədən bəhs edən 3 təsirli film

Müharibədən bəhs edən 3 təsirli film
7 Aprel 2016 Əlavə edildi, 396 Oxundu.
Reklam

Müharibələr bəşəriyyət yaranan dövrdən tarixin bütün səhifələrində vərəqlənib. Təbii ki, ssenaristlər, rejissorlar, aktyorlar bu müharibələri insanlara daha da yaxşı anlatmaq üçün onları “bəyaz pərdə”yə də çıxardıblar. Bugün də əhvala uyğun olaraq sizə müharibədən bəhs edən 3 təsirli film haqqında yazırıq.

Qarabağ müharibəsinin məhsulu – Fəryad filmi

Fəryad filmi

Birinci başlayaq yerli istehsal olan və 1993-ci ildə ekranlaşdırılan “Fəryad” filmindən. Filmin rejissoru Ceyhun Mirzəyev, ssenari müəllifi Vaqif Mustafayevdir. Dram, döyüş və müharibə janrında çəkilmiş filmdir. Tammetrajlı bədii film Goranboy, Şəfəq kəndi, Murovdağ ətəkləri, (Xocalı faciəsi ilə bağlı kadrlar), Bakıda çəkilib və 78 dəqiqə çəkir. Film Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. Baş rolda Ceyhun Mirzəyev çəkilib və onun kino sahəsində son işidir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir. Onlar həmin vaxt Xocalıdan Goranbaya gələnlərdir. Filmdə “Ögey ana” filminin kadrlarından istifadə olunmuşdur.

Alman qadınlarının II Dünya müharibəsindəki həyat mübarizəsi – Berlində bir qadın

Berlində bir qadın

“Berlində bir qadın” 1945-ci ilin 20 aprel-22 iyun tarixləri arasında Qızıl Ordunun Berlini işğal etməsi nəticəsində Sovet əsgərlərinin alman qadınlarına təcavüzünün, aclığın və ölümün göstərildiyi, daha sonra kitaba salındığı, tamamilə real hadisələrə əsaslanan gündəlikdir. Berlində döyüşlər getdiyi bir zamanda və ondan sonra alman bir jurnalist Marta Hillers gündəliyi yayınlayan və demək olar ki, təxmini olaraq onun yazarıdır. Gündəliyin sahibəsi və hadisələrin şahidi-qurbanı olan alman qadın adının gizli saxlanılmasını istəmiş və gündəlik kitab halına salındıqdan sonra siyasi səbəblərdən yana oradakı adlar dəyişdirilib. Daha sonra araşdırmalar aparılmış və məlum olub ki, elə gündəliyin sahibəsi məhz Hillersdir. Filmdə II Dünya müharibəsinin son 2 günü ekranlaşdırılıb. Ekran işində rus əsgərlərinin ələ keçirdikləri alman qadınlarına təcavüz etdiklərini görən həmin almaniyalı qadın jurnalist bu təcavüzlərdən qorunmaq üçün rus zabitlə sevgili olur.

Musiqi ruhlu insan və müharibə – Pianoçu

Pianoçu Filmi

Pianoçu — 2002-ci ildə çəkilmiş olan Roman Polanskinin filmidir. Film pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində yaşadığı hadisələrin əsasında çəkilib. Şpilman 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və 4 alman nasistlərindən gizlənməli olur. Onun gizlənməsində işlədiyi Polşa radiosunun əməkdaşlarının və alman zabiti Vilm Hozenfildin böyük rolu olub. İkinci Dünya müharibəsinin ağır günləridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır. Xarabalıqdakı otaqların birində piano tapan Şpilman hər şeyi unudaraq musiqi dünyasına qapılır. Amma musiqinin sehrinə yalnız o qapılmır.Filmdəki musiqilərin çoxu Şopenin əsərləridir. Film 150 dəqiqədən ibarət Almaniya, Birləşmiş Krallıq, Fransa və Polşa istehsalıdır. Büdcəsi isə 35 milyon dollardır.

 

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git