Hipoplaziya

Hipoplaziya
29 Mart 2016 Əlavə edildi, 1.497 Oxundu.
Reklam

Hipoplaziya-diş toxumasının tam inkişaf etməməsinə deyilir.

Hipoplaziyanın yaranması uşaq orqanizmində maddələr mübadiləsinin və dişlərin formalaşdığı dövrdə mineral mübadiləsinin ağır pozğunluqları ilə əlaqədardır. Hipoplaziya uşaqlarda raxit, ağır infeksion xəstəliklər keçirmiş, həzm yolu pozulmuş, qalxanabənzər ətraf vəziləri kifayət qədər fəaliyyət göstərməyən şəxslərdə, mərkəzi sinir sistemində pozğunluqları olan, əzələ və fiziki inkişafdan qalan uşaqlarda yaranır. Hipoplaziya həm süd həm də daimi dişlərdə müşahidə olunur. Uşaq hələ ana bətnində olarkən formalaşan süd dişlərinin hipoplaziyası bəzi hamilə qadınların orqanizmindəki ağır xəstəliklərlə də əlaqədardır. Hipoplaziya süd dişlərinə nisbətən daimi dişlərdə daha çox müşahidə olunur. Xəstəliyin hansı yaşda keçirdiyinə uyğun olaraq dişlərin bu və ya digər qrupu zədələnir. Hipoplaziya keçirilən xəstəliyin ağirliğindan da asılıdır :maddələr mübadiləsi az pozulduqda yalnız tabaşirəbənzər ləkələr əmələ gələ bilir, ağır xəstəliklər zamanı isə minanın rəngi dəyişir, mina natamam (dalğalı mina,şarımlı mina,nöqtəvi çuxurlu mina) və ya heç inkişaf etmir. Hipoplaziyanın kiçik ölçülü ləkələri müalicə etmirlər. Natamam inkişaf sahələrində müalicə dəyişikliyin və xarakterindən asılı olaraq kompozit plombla bərpa olunur və ya ortopedik müalicə aparılır.

Hipoplaziya1 Hipoplaziya2 Hipoplaziya3

Stomatoloq Tamilla Hüseynova

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git