Gucci payız/qış – 2015-2016

Gucci 2015-2016 payız/qış kolleksiyasını Milan moda həftəsində təqdim etmişdi. Podiumda modellər beretlər və böyük çərçivəli eynəklərdən istifadə ediblər. Bu da həmin aksessuarların trend olacağı anlamına gəlir. Eyni zamanda geyimlərdə ütü xətlər, pencək və ya sviterin altından çıxan böyük yaxalar və qol kənarları, paltolarda rəng qarışımı və geometrik naxışlar, ayı pəncəsi, qladiator tərzini xatırladan ayaqqabılar və pompom babetlər (moda lüğətində lace-up babetlər) Guccinin təqdim etdiyi mövsüm trendlərinin önə çıxan hissələridir. Xanımların geyimində maskulən (kişi görüntüsü) tərz isə özünü xüsusilə vurğulayır. 

11 Fevral 2016 Əlavə edildi, 506 Oxundu.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git