Fluoroz

Fluoroz
9 May 2016 Əlavə edildi, 518 Oxundu.
Reklam

Fluoroz içməli suda ftorun miqdarının artıq olması nəticəsində baş verir. Fluoruzun ən erkən əlamətlərindən biri dişlərin zədələnməsidir.

Fluorozla əsasən endemik zonada doğulan və ya 3-4 yaşında orada yaşayan uşaqların daimi dişləri (nadir hallarda süd dişləri) xəstələnir.

Fluorozun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdaki formaları vardır: ştrixli, ləkəli, təbaşirəbənzər-çilli, eroziv və destruktiv.

Fluorozun ştrixli forması minanın səthaltı qatlarında yerləşmiş zolaqların meydana çıxması ilə xarakterizə olunur. Zolaqların birləşməsi ləkənin əmələ gəlməsinə səbəb olur. Ştrixli forma üst çənənin kəsici dişlərinin vestibulyar səthində tez-tez müşahidə olunur.

Ləkəli forma yaxşı görünən təbaşirəbənzər ləkələrin olması, ləkələrdə zolaqların olmaması ilə xarakterizə olunur. Minanın ləkəli zədəsi üst alt çənənin kəsici dişlərində aydın görünür. Bəzən zədələnmiş sahənin rənginin dəyişdiyi (ləkə açıq qəhvəyi rəng alır) müşahidə olunur. Dişlərin fluorozunun bu formasında ləkə nahiyəsində mina hamar, parıltılı olur.

Təbaşirəbənzər-çilli formalı fluoroz çox müxtəlifliyi ilə xarakterizə olunur. Adətən bütün səthlərin minası donuq çalarlı olur. Bəzən mina sarımtıl rəngdə, üzərində isə çoxlu ləkə (nöqtə)olur. Bəzi hallarda minada nöqtələrin əvəzinə səthi zədələr olur və mina itir.

Fluoruzun eroziv formasında minanın xeyli piqmentləşməsi fonunda onun xeyli sahədə itməsi, müxtəlif formalı qüsurların – eroziyaların olması ilə xarakterizə olunur.

Fluoruzun destruktiv forması sərt toxumaların eroziyadan dağılması və yeyilməsi hesabına diş tacları formasının pozulması ilə xarakterizə olunur. Destruktiv forma zamanı diş toxumaları çox vaxt qopub düşür.

Fluorozun müalicəsi prosesin mərhələsindən çox asılıdır. Yalniz minanın rənginin dəyişməsi ilə müşayiət olunan fluoroz zamanı (ştrixli, ləkəli, təbaşirəbənzər-çilli formaları) zədəli sahə yenidən minerallaşdırı terapiya ilə ağardılır. Mina bütövlüyünün pozulması ilə müşayiət olunan zədələnmə formalarında (eroziv, destruktiv) kompozit plomblama və ya ortopedik müalicə aparılır.

fliuoroz-1 fluorozfluoroz-zubov

 

Stomatoloq Tamilla Hüseynova

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git