Dünya üzrə ən çox izlənən uşaq video kanalları

Dünya üzrə ən çox izlənən uşaq video kanalları
8 Aprel 2016 Əlavə edildi, 617 Oxundu.
Reklam

Son dövrdə uşaqların ən çox sevdiyi əyləncələrdən biri də Youtube-da müxtəlif videoları izləməkdir. Bu valideynlərin də bir çox hallarda köməyinə gələn vasitədir. ABŞ-da bəzi ailələr ailə üzvləri ilə birlikdə müxtəlif mövzularda videolar çəkib Youtube-da yerləşdirməklə dünyanın ən çox izlənən kanallarına sahib olurlar. Dekabr ayında dünya üzrə ən çox izləyicisi olan 10 kanal arasında 5 kanal uşaqlara aid videoları bölüşür. Dünyada ən çox izlənən uşaq video kanallarını diqqətinizə təqdim edirik.

  1. Family Fun Pack – https://www.youtube.com/familyfunpack

5 uşağa malik bu ailə müxtəlif əyləncəli videolar çəkib öz kanallarına yerləşdirirlər. Hal-hazırda, kanalın 1,217,000-dən çox izləyicisi var. Bu kanalda videolara baxılma sayı 2,737,439,152-dən çoxdur. Dekabr ayında dünya üzrə Youtube-da baxılma sayına görə 3-cü yerdədir. Videolar ingilis dilindədir, buna baxmayaraq bu videolarda müxtəlif fəaliyyətləri görmək olar.

  1. Ryan Toys Review –  https://www.youtube.com/channel/UChGJGhZ9SOOHvBB0Y4DOO_w/about

Bu videolarda Ryan adlı uşaq müxtəlif oyuncaqlarla oynayır və bu oyuncaqlar haqqında fikrini bölüşür. Hal-hazırda, kanalın 1,037,000-dən artıq izləyicisi var. Bu kanalda videolara baxılma sayı1,682,276,529 -dan çoxdur. Dekabr ayında dünya üzrə Youtube-da baxılma sayına görə 4-cü yerdədir.Videolar ingilis dilindədir.

  1. Mashamedvedtv – https://www.youtube.com/MashaMedvedTV

Məşhur rus cizgi filminin rəsmi Youtube kanalı dünyada ən çox izlənilən videolar arasındadır. Hal-hazırda, kanalın 4,711,000-dən artıq izləyicisi var. Bu kanalda videolara baxılma sayı 5,983,828,406-dan çoxdur. Dekabr ayında dünya üzrə Youtube-da baxılma sayına görə 5-ci yerdədir. Videolar əsasən rus dilindədir.

  1. LittleBabyBum – https://www.youtube.com/user/LittleBabyBum

Uşaq mahnılarına həsr olunmuş ən məşhur video kanallardandır. Həftənin hər çərşənbə günü yeni video əlavə olunur. Videolar 3D formatda yüksək keyfiyyəti ilə seçilir. Hal-hazırda, kanalın 4,715,000-dən artıq izləyicisi var. Bu kanalda videolara baxılma sayı 5,782,113,630-dan çoxdur. Uşaqlarda ritm və musiqi vərdişlərini inkişaf etdirmək üçün əla resursdur. Dekabr ayında dünya üzrə Youtube-da baxılma sayına görə 7-ci yerdədir.

  1. Baby Big Mouse – https://www.youtube.com/ItsBabyBigMouth/

Bu kanalda aşağı yaş qrupuna aid uşaqlar üçün müxtəlif əyləncəli videolar bölüşülür. İngilis dilində hərfləri, rəqəmləri və müxtəlif əşyaların adlarını öyrənmək üçün uyğun resursdur. Hal-hazırda, kanalın 2,818,000-dən artıq izləyicisi var. Bu kanalda videolara baxılma sayı 4,454,203,453-dan çoxdur. Dekabr ayında dünya üzrə Youtube-da baxılma sayına görə 9-cu yerdədir.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git