Praktiki Bilgilər

Yeməkdən sonra bəzilərimiz gəzir, bəzilərimiz yatır, bəzilərimiz isə çay içirik. Amma yeməkdənsonra etdiyimiz doğru bildiyimiz səhvlər hətta ölümə səbəb ola bilir. Mütəxəssislər yeməkdən sonra rutin olaraq bəzi hərəkətlərin sağlamlığa ciddi ziyan verdiyini vurğulayırlar. Sağlamlığınıza ziyan verməmək üçün sizə yeməkdən sonra edilməməsi lazım olan 7 səhvdən yazırıq. Duş almaq Bəli, düz oxudunuz! Yeməkdən sonra alınan duş...
Məlumdur ki, yatmamışdan əvvəl makiyajı təmizləmək mütləqdir. Çünki dərimiz ən çox gecələr nəfəs alır, hərəkətdə olur. Amma bəzən tənbəlliyimizdən, yorğunluqdan makiyajımızı təmizləmədən yatırıq. Düşünürük ki, dərinləməsinə təmizlik çox vaxt və enerji aparacaq, ona görə də makiyajımızı təmizləmədən gecəni başa vururuq. Amma həm tənbəlliyinizin, həm də dərinizin sağlamlığının açarı bizdədir. Sizə təqdim etdiyimiz sürətli makiyaj...
Dərinin turşu nisbəti də ətirin qalıcılığına təsir edir: - Asitli dərilərdə ağacsız və ədviyyatlı qoxular daha qalıcıdır. - Asit nisbəti az ,çiçək qoxuları daha yaxşı tutar.Seksual günlərdə daha yüngül ətirlər istifadə edin. Ətirin qoxusu isti və nəmli daha qüvvətlənər. O halda, daha basqın və ekzotik olanları payız və qışda, yüngül olanları isə...
Yaxşı kofeni evdə düzəltmək elə də çətin deyil. Kofebişirən, espresso-maşın, “french-press” kimi kofe hazırlayan maşın varsa evdə kafelərdəki kimi ətirli, dadlı kofen hazırdır demək. Dadlı kofe haqqında müxtəlif sirlər var ki, ən vacibləri haqqında  sənə məlumat veririk. Sirr 1 – üyütmək Hazırlanma metodundan asılı olaraq kofeni fərqli şəkildə üyütmək lazımdır. Belə ki, espresso-maşın üçün...
Evə bazarlıq edərkən cürbəcür tərəvəzlər almağı da unutmuruq. Amma bir neçə gün keçəndən sonra onlar ya təravətini itirir, ya da kif basır. Bu isə həm cana, həm də cibə zərərlidir. Lakin bir çox təcrübəli evdar xanımlar tərəvəzləri uzun müddət təzə saxlamağın sirlərini bilirlər. Hətta tez xarab olan ərzaqların belə ömrünü uzadırlar....
25 yaşdan başlayaraq biz qadınlar yaşlanmağımıza xüsusi diqqət edirik. Dərimizə yaşlanma əleyhinə müxtəlif kremlər, maskalar tətbiq edir, gözəllik prosedurlarından keçirik. Amma bəzən hazır olan kremlərin, maskaların tərkibilə bağlı tərəddüd içində qalırıq. Bütün bu tərəddüdlərə son qoyub, istifadə etdiyiniz maskaların 100% təbii tərkibli olmasına əmin olmaq istəyirsinizsə yaşlanma əleyhinə maskalarınızı evdə özünüz hazırlaya bilərsiniz. Gəlin...
Sizə təqdim etdiyimiz “Mətbəx sirləri” davam edir. Bunları bilməklə, mətbəxdə işimiz həm asan, həm də keyfiyyətli olacaq. Elə isə daha 5 ipucu ilə tanış olaQ. Mətbəxdə əlin yanması qaçılmazdır. Bu zaman yanan yerə yumurtanın ağını çəkmək lazımdır ki, həm ağrını götürsün, həm də tez sağaltsın. Yumurta ağı çəkilən yerdə sonradan heç...
Qol altı qaralmasının səbəbləri Qoltuq altı bir çox səbəblərdən  tünd rəngdə ola bilər: Tər əlehinə olan vasitələrin tərkibindəki kimyəvi vasitələr qol altının rənginin tündləşməsinə səbəb ola bilər. Qol altı tüklərin ülgüc kimi vasitələrlə tez-tez təmizlənməsi nəticəsində tündləşmə baş verə bilər. Çox tərləyən insanların qoltuq altları da tündləşir. Qol altının ağartmağın yolları Qol altını ağartmağın müxtəlif çarələri var. Amma...
Novruza artıq sayılı günlər qalıb. Şirniyyatlar bişirilib, bayram tədarükü görülüb, müxtəlif Novruz ornamentlərilə xonçalar bəzədilir. Novruzun ən sevilən simvollarından biri də boyanmış yumurtalardır. Xüsusilə də, uşaqlar arasında.  Müxtəlif cür bəzədilmiş yumurtalar Novruz xonçasına yaraşıq verir. Fürsətdən istifadə edib ayram qabağı xonçanızı daha da gözəl etmək üçün evdə yumurta bəzədilməsi üsullarını təqdim edirik. Lazım olanlar 12 ədəd ağ...
Bayram yaxınlaşır, hamının həvəslə yetişdirdiyi səmənilər süfrələri bəzəyir. Hər bayram sonrası bu gözəl səməniləri zibil qablarında görmək isə heç xoş hiss deyil. Səmənini yalnız süfrənin bəzəyi və ya səməni halvası inqriedienti hesab edənlər üçün bu paylaşımı etmək qərarına gəldim. 2 il öncə rəfiqəmlə Argentinaya konfransa getmişdik. Kafelərin birində səmənini görəndə...
Dişlərimiz həm gözəlliyimiz, həm də sağlam təbəssümümüz üçün bizə çox lazımdır. Xüsusilə də, ağ dişlər demək olar ki, hər kəs tərəfindən arzu olunandır. Amma bəzilərimiz tibbi prosedur keçmədən dişlərimizi ağartmaq istəyirik. Bəs ev şəraitində asan və təbii yolla dişlərimizi necə ağarda bilərik? Bunun üçün bəzi sadə ipucları təqdim edirik.  Qabartma tozu və limon suyu Qabartma...
Çay uzun zamandır süfrələrin bəzəyi, damağımızın dadıdır. Kimilərimiz standart, kimilərimiz isə fərqli dadlara sahib çayları sevirik. Fərqli dadda çaysevərlər üçün çay üçün ən yaxşı əlavələrin reseptlərini təqdim edirik. Cirəli çay Qədimdə cirə toxumu yuxunu və bütün orqanizmin fəaliyyətini yaxşılaşdırmaq üçün tibbi məqsədlə istifadə edilmişdir. Bu çay bronxit və astma kimi tənəffüs yolu xəstəlikləri üçün faydalıdır. Cirəli...
Səməni, saxla məni İldə cücərdərəm səni! Novruza az qalıb, lap az… Bütün marketlərdə, bazarlarda səməniyə rast gəlmək olur.  Biz də çox asanlıqla onu alırıq və evimizə gətiririk. Axı onu evdə cücərtməyin, səbirsizliklə böyüməsini gözləməyin həzzi bir ayrı aləmdir. Bu iş çox sadədir! Elə isə gəlin bu dəfəki bayram üçün özümüz səməni cücərdək,...
Sosial şəbəkələr dövründə kiminsə fotosunun çəkilmədiyini təsəvvür etmək çətindi. Korporativ tədbirlər, ictimai hadisələr -  bu kimi tanış vəziyyətlərdə insanlar fotolarının nə zaman çəkiləcəyindən xəbərsiz olur və bəzən də poz verə bilmirlər. Bu zaman narahatlıq hissi bütün kompozisiyanı pozur və nəticədə siz fotoda yaxşı çıxmırsınız. Bəs bunun qarşısını necə almaq olar? Narahat olmayın, fotolarda yaxşı...
Evə aldığınız bananların qabıq səthi bir müddət sonra qaralır və bu görkəmi heç də xoş olmur... O bananları ilk aldığınız gündə olduğu kimi sapsarı hala gətirmək mümkündir. Amma necə? Bu da video  
Qaşlarınız şəxsiyyətinizi əks etdirir. Necə göründüyünüz, üzünüzün ifadəsi qaşlardan asılıdır. Qaş modasını deyil, üzünüzə ən uyğun formanı seçməlisiniz. Evdə özünüz qaş formasını pozmadan necə alacağını addım-addım izah edəcəyik. Qaş almaq üçün hər dəqiqə salona getmək, həmçinin gözəlliyi hamıya etibar etmək olmur. Hər dəfə qaşların daha artıq incəlməsinə təhəmmül etməyənlər və mən...
Sarımsaq və limon, hər ikisi ayrılıqda çox faydalı ərzaqlardır. Amma onlar ikisi bir araya gəldikdə möcüzə yarada bilir. Bu möcüzə nədir, sarımsaq və limonlu suyu niyə içməlisiniz, nə kimi faydaları var – bütün bunlar haqqında yazının davamında çox faydalı məlumatlar var. Gəlin birinci sarımsaq və limonlu suyu necə hazırlamağı öyrənək. Ərzaqlar 2 litr təzə şıxılmış...
Gülləri demək olar ki, hər kəs sevir. Gözəl görünüşləri, ətirləri və faydaları ilə hər birimizin qəlbini ovsunlayan güllər evimizi daima bəzəyir. Amma bəzən həddən artıq çiçək sevgisi özümüz də bilmədən bizi “çiçək qatili”nə çevirir. Çünki çox vaxt gülləri baha qiymətə alırıq və ona daha çox diqqət etmək istəyirik. Ona görə də, çalışmalıyıq ki,...
Toplam 4 sayfa, 1. sayfa gösteriliyor.1234
Sayfa başına git