Stil

Yazda birdən-birə dəyişən havalarda nə geyinəcəyimiz mövzusunda həmişə tərəddüd içərisində oluruq. Bu cür havalar üçün məsləhətləri bu yazımızda qeyd etdik. Yaz aylarını çox sevsək də, dəyişkən havalarda bəzən nə geyinəcəyimizi bilmirik. İsti başlayıb axşama doğru azalan temperatur, külək geyindiyimiz geyimlərə görə peşman olmağımıza səbəb olur. Siz də məsləhətlərimizdən ilhamlanaraq öz stilinizi...
Yəqin ki, geyim almağa gedəndə öz tərzinə uyğun geyim tapmaqda çoxları çətinlik çəkir. Bəzilərimiz dəb jurnallarındakı ulduzları görüb təəssüf hissi də keçirdirik ki: “Axı niyə mən də, tərzimə uyğun mükəmməl geyim tapa bilmirəm?!”. Bizim verdiyimiz ipucları ilə elə indədən başlayaraq 2016-da qarderobunuzu öz tərzinizə uyğun parçalarla tamamlaya bilərsiniz. Əsas diqqət...
Keçən il 70-ci illərin olduqca cəsur və bəzəkli geyimləri tərzimizə bohem havası qatdı. Əsasən qolları zınqırovu xatırladan bu geyimlər bluz şəklində dəbdə idi. 2016 dəbində isə yenidən kiçik dəyişilliklərlə çox trend olacaq. Buna görə də zınqırov qollu bluzlar necə geyinilir və nə ilə dəstləşdirilməlidir mövzusunda sizə bəzi dəbli ipucları veririk. Çünki bu cür...
Həm paltarı sevirsiniz, həm də şalvarı. Bəs niyə bu iki parçanı birləşdirməyəsəniz? Əslində, bu, yeni bir tərz deyil. Keçən mövsüm  dəb aləmində sanki bir “partlayış” etdi. Düzdür, belə geyinənlərə bir az qəribə baxırdılar, bu tərzi qəbul etməkdə çətinlik çəkənlər olurdu. Amma bütün bunlar qaldı keçən mövsümdə. Bu il şalvar üstü paltar, ətək kombinlərini...
Son bir neçə mövsümdür ki, bizə “cəsarət, idman və rahatlıq” anlamını özündə birləşdirən trendləri bir arada təqdim edən dəb dünyası bu dəfə hər üçünü birlikdə qarşımıza çıxarıb: Bomber pencəkləri... Eyni zamanda da, yaz/yay kolleksiyalarında bomber pencəklərə yer ayıran dizaynerlərin sayına da baxanda anlamaq olur ki, bu pencəklərdən qaçış yoxdu. Bomber pencəkləri həm ipək, həm...
Dəbin nə irqi, nə də dini mənsubiyyəti var. Bu zərif özünüifadə vasitəsinin nə dərəcə streç olduğunu da stil ikonları illər öncə sübut ediblər. Amma bununla belə, hər dövr dəbinin özünəməxsus çılğınlıqları var. Blogger əməyinin  nəticəsi olaraq, günümüzdə ayrı-ayrı əşyalar və obrazlar deyil, individuallıq dəb hesab olunmağa başlayıb. İndi mükəmməl obraz yaratmaq üçün heç...
Dəb aləmində modabazlar üçün xanım-xatın paltarları idman ayaqqabıları ilə geyinmək son dönəmlər yeni xəbər deyil. Amma bəzilərimiz üçün də, onları düzgün geyinmək bir az çətin məsələdir. Biz də, sizin üçün bu “fərqli dünyalar”dan olan iki parçanı düzgün dəstləşdirmək üçün 5 obraz seçdik. Əminik ki, yaz qabağı idman ayaqqabılarınızla xanım-xatın paltarlarınızı ən yaxşı formada “dostlaşdıracaqsınız”...
Gözəl görünməyi hamı sevir, amma yenilikləri qəbul etməyi hər kəs bacarmır. Buna baxmayaraq, əminliklə deyə bilərəm ki, bu altı böyük dəyişiklik hər kəsin ürəyincə olacaq! Bir özünüz düşünün, axı qaydaların aradan qalxması bizə nə qədər rahatlıq gətirir. 1. AYAQQABI ÇANTA “BİRƏBİR” EYNİ RƏNGDƏ OLMALIDIR! Yadınızdadır, bir dövr var idi, əgər qonşu İradə xalanın geyindiyi...
Moda həyatın bütün sahələrində yaranır və qarşılıqlı proses nəticəsində formalaşır. Bir mənada geyim və interyer dizaynerlərinin fəaliyyətləri eynidir. Hər ikisi müştərilərin istəklərini nəzərə alıb, onların zövqünə yönəlik çalışırlar. Buna görə də onlar əsasən eyni istiqamətdə irəliləyirlər: art-nuvodan müasir incəsənətə, pop-artdan folklor incəsənətinə qədər bu siyahını uzatmaq olar. Bu dəfə sizə...
Uzun saç qadınlara aid olduğu kimi, qısa saç da kişilərə aiddir. Amma biz qadınlar saç mövzusunda da kişilərdən “oğurluq” etmişik. Qısa saçlar qadınları həmişə baxımlı, cəsarətli göstərib. Saçların uzundursa, kəsdirməyə  gedəndə “azca, ucundan götür, uzunluğuna dəymə” deyirsənsə buna son ver. Özündə dəyişiklik et. Kəsdir saçlarını. Onsuz da kökləri səndədir. Həm də 2016-cı ildə yenə...
Rəsmi olaraq elan edirik ki, boyfriend cinslərin dəbi keçdi. Artıq onlar... hm, yumşaq desək, demode hesab olunur. Bu xəbərdən xüsusi məyus olanların diqqətinə isə çatdırmaq istəyirəm ki, əhval korlamağa dəyməz. Çünki dizaynerlər bunun əvəzinə, o qədər fərqli və maraqlı cins kolleksiyası yaradıblar ki, darıxmağa vaxt belə olmayacaq. Sözümə qüvvət olaraq sizinlə payız-qış mövsümünün...
Artıq podiumlarda 2016 Yaz/Yay kolleksiyalarının nümayişinə başlanılıb. 24 Yanvar tarixində isə Parisdə “couture” xəttinin dəb nümayişlərinə start verildi. Yaz/Yay 2016-nın Haute Couture dəb həftəsi Atelier Versace-nin öz kolleksiyalarını təqdim etməsilə başladı. Haute Couture deyildikdə ağla ilk gələn xəyal güclərini bütünlüklə ortaya qoyan dizaynerlərin yeni kolleksiyaları üçün nələr etdikləri dəb həftəsində böyük maraqla gözlənilirdi. Paris kimi...
Rəngləri müəyyən edən kompaniya Pantone hər il olduğu kimi yenə də ilin sonu üzümüzə gələn ilin rəngini müəyyən edib. Keçən ilkindən fərqli olaraq Pantone-ə görə bu il iki rəng 2016-cı ilə damğasını vuracaq. Bu rənglərin hansı çalarlar olduğu sənə də maraqlıdırsa buyurun. Belə ki, keçən ilə damğasını Marsala rəng vurmuşdusa, bu...
Havalar soyuduqca hər birimizin belə böyük, yun sviterə ehtiyacımız olur. Əgər bu ehtiyac həm də mövsümün başlıca trendidirsə, onda heç uzatmağa gərək qalmır. Yollanırıq mağazalara! Nə ilə, necə geyinək? Əsas sual məhz belə səslənir. Onun isə çox asan və birmənalı cavabı var: təbii ki, uzun botfordlarla (yeri gəlmişkən, mövsümün daha bir dəbli...
Biz qadınların qarderobu nə qədər geniş olursa olsun yenə də geyinməyə bir şey tapmırıq. Çoxumuz səhər işə tələsəndə, dostlarla, sevgili ilə görüşə gedəndə, hansısa tədbirə dəvət alanda bir xeyli götür-qoy edirik. Bu problemi aradan qaldırmaq, qarderob qarşısında boşa vaxt xərcləməmək üçün bu yazını sizin üçün hazırladıq. Nə geyinəcəyini bilməyənlər üçün hiylələr... Bu hiylələr əsasən qarderobumuzun əsasını...
Sosial şəbəkələr dövründə kiminsə fotosunun çəkilmədiyini təsəvvür etmək çətindi. Korporativ tədbirlər, ictimai hadisələr -  bu kimi tanış vəziyyətlərdə insanlar fotolarının nə zaman çəkiləcəyindən xəbərsiz olur və bəzən də poz verə bilmirlər. Bu zaman narahatlıq hissi bütün kompozisiyanı pozur və nəticədə siz fotoda yaxşı çıxmırsınız. Bəs bunun qarşısını necə almaq olar? Narahat olmayın, fotolarda yaxşı...
İlk öncə moda həftəsi haqqında kiçik məlumat verək: New York moda həftəsi dünyanın 4 əsas moda həftələrindən biridir, digərləri isə Paris, Milan və London Moda Həftələridir. İlk dəfə 1943-cü ildə Eleanor Lambert tərəfindən təşkil olunmuş bu tədbir dünyanın ilk moda həftəsi olmuşdu. Hər il fevral və sentyabr aylarının 2-ci həftələri...
Hər mövsüm bir az dəyişikliyə uğrayaraq qarşımıza çıxan skinny cinslərin axır ki, rəqibi çıxdı. Mom cinslər... Geniş kəsimi, yüksək beli və rahat forması ilə keçmişdən bizə tanış olan bu cinslər artıq son zamanlar tez-tez rastımıza çıxır. Elə buna görə də bu dəfə “Dəb gündəliyi” rubrikamızda sizə mom cinslərin dəb dünyasına daxil olmasını və...
Toplam 2 sayfa, 1. sayfa gösteriliyor.12
Sayfa başına git