Uşaq İnkişafı

Uşaqların  xoşbəxt,  şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar? Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin.  İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun. “Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər...
Övladınıza paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq- övladınızın müxtəlif  yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz?  Körpəlikdən  övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn , yemək verərkən “biri sənin olsun, biri mənim” ,  paltar alarkən “ birini...
Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də övladları ilə alış-verişə gedərkən bir sıra çətinliklərlə  qarşılaşmalarıdır. Uşaqların valideynlərinə yaratdıqları çətinliklər əsasən aşağıdakılardır: Gördüyü oyuncaqları almaları üçün israr etmələri; Zərərli olan lakin uşaqlar tərəfindən çox sevilən qidaları almaları üçün onları səbətə yerləşdirmələri; İstədiklərini almayan valideynlərinə etiraz etmələri; İstədiklərini almadıqları üçün mağazada qışqırmaları, ağlamaları və s. Övladınızla birgə mağazaya getməyiniz...
Uşaqlarda iştahasızlıq ailələr tərəfindən ən çox dilə gətirilən şikayətdir. Uşaqların yüzdə 25-40 faizində bu probem var. İştahasızlıq bəzən çox da ciddi olmayan səbəblərdən qaynaqlanır, bəzən də sidik yolu iltihabı, hepatit kimi ciddi xəstəliklərin xəbərçisi ola bilir. Buna görə uşağınızın səhhətində iştahasızlıqla bərabər elə ciddi problem hiss olunmursa, naraht olmağa dəyməz....
Uşağın çəkisinin defisiti "hipotrofiya” adlanır. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərinə tutulur.Hipotrofiyanın ağır formaları hətta uşağın həlak olmasına səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem...
“Yaxşı oğul dayısına oxşayar”, “Atasının oğlu” və sair kimi xalq arasında məşhur ifadələrin əksinə olaraq, biz anasına oxşayan oğlanların üstün xüsusiyyətlərə sahib olduqlarını gözardı edilməsinə razı olmuruq. Atasına oxşayan qızların üstünlüklərini sadaladıqdan sonra bu dəfə növbə analar və oğullara çatdı. Onlar sanki hər iki tərəfin balansıdırlar, yeri gəldikdə müxtəlif məsələlərin...
Hamımız uşaq olmuşuq, amma bunu tez tez unuduruq. Əslində hər bir valideyn qəlbinin dərinliklərində uşaqlarla necə davranmalı olduğunu bilir, lakin gündəlik qarışıqlıqların içində nə dözüm, nə müdriklik kifayət edir ki, bunu dərk edərək hərəkət etsinlər. Bununla bağlı 7 ən vacib məqamı seçib sizlərlə bölüşmək qərarına gəldi. Qeyd edilən məqamlar uşağın şəxsiyyətinin...
Övladlarınızın, xüsusilə 3-6 yaş arası oğlanların, oyuncaq silaha maraq göstərməsinin onların gələcəyi üçün təhlükəsi haqqında sonsuz müzakirələr mövcuddur. Bir qayda olaraq mütəxəssislər uşaqlıqda oyuncaq silaha olan həvəslə gələcəkdə cinayət törətmək faktı arasında heç bir əlaqənin olmadığını söyləyirlər. Lakin belə həvəsin həqiqətən də kiçik balanıza və ətrafdakılara ziyansız ötüşməsini təmin etmək...
Övladınızın özünü qiymətləndirmə səviyyəsinin düzgün formalaşması üçün aşağıdakı 10 məsləhətə diqqət edin: Səbəbsiz təriflərdən uzaq olun. Yersiz təriflər övladınızda düzgün olmayan özünü qiymətləndirməyə səbəb olar ki, bu da  həyatında bir sıra əngəllərin yaranması ilə nəticələnər. Əgər övladınız təriflənəcək bir iş görməyibsə və ya etdiyi davranış tərifləməniz üçün əsas vermirsə yalançı  təriflər etməyin. Öz...
Ailənizdə qaydalar tətbiq edirsinizmi ? Bəs qoyduğunuz qaydalara bütün ailə üzvləri əməl edirmi?  Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar? Qoyduğunuz qaydalara əməl olunurmu? Tətbiq etdiyiniz qaydaların övladınız üçün anlaşılan  olması  önəmlidir. Nə üçün bu qaydalar tətbiq edilir? Hansı qaydaların olması vacibdir? Qaydalar pozularsa nə baş verər? Bu kimi sualları...
Texnoloji yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Övladlarınız da bu yeniliklərlə həm evdə, həm də cəmiyyətdə sıx təmasda olduğu üçün onların texnoloji sağlamlığını və təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, ailənizin kiçik üzvləri ilə texnoloji vasitələrin istifadəsi ilə bağlı bir neçə məqamı razılaşdırmalısınız: Şəxsi məlumatları (ev ünvanı, telefon nömrəsi,...
Övladınızla münasibətdə edə biləcəyiniz yanlışlar: Böyüdüyünün fərqində deyilsinizmi? Övladınızın hər gün böyüdüyünün, öz fikirlərinin formalaşdığının  fərqində olmalısınız.  Onunla öz istəklərinizə görə davranmanız yanlışdır. Öz ailənizdə gördüyünüz neqativ davranışları siz də  təkrarlayırsınızmı? Özünüz uşaq olarkən sizinlə necə davranılıbsa bunu siz də təkrarlamayın. Özünüz olun, övladınızın fərdi xüsusiyyətlərinə görə davranın. Əmrlərlə danışmayın. Əmr vermək əvəzinə,  “bunu...
Ötən günün əsas xəbərlərindən biri oxuyub-yazmağı bacarmayan şagirdlərlə bağlı oldu. Keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə 24 nəfər XI sinif şagirdi, 76 nəfər isə IX sinif şagirdinin oxuyub-yaza bilməməsi aşkarlanmışdır. Təbii ki, bu “qara xəbər” bütün internet xəbər portallarında və sosial şəbəkələrdə çox sürətlə yayıldı, çünki pis xəbərlər tez yayılır. Bəs...
Son dövrdə uşaqların ən çox sevdiyi əyləncələrdən biri də Youtube-da müxtəlif videoları izləməkdir. Bu valideynlərin də bir çox hallarda köməyinə gələn vasitədir. ABŞ-da bəzi ailələr ailə üzvləri ilə birlikdə müxtəlif mövzularda videolar çəkib Youtube-da yerləşdirməklə dünyanın ən çox izlənən kanallarına sahib olurlar. Dekabr ayında dünya üzrə ən çox izləyicisi olan...
Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də övladları ilə alış-verişə gedərkən bir sıra çətinliklərlə  qarşılaşmalarıdır. Uşaqların valideynlərinə yaratdıqları çətinliklər əsasən aşağıdakılardır: Gördüyü oyuncaqları almaları üçün israr etmələri; Zərərli olan lakin uşaqlar tərəfindən çox sevilən qidaları almaları üçün onları səbətə yerləşdirmələri; İstədiklərini almayan valideynlərinə etiraz etmələri; İstədiklərini almadıqları üçün mağazada qışqırmaları, ağlamaları və s. Övladınızla birgə mağazaya getməyiniz...
Azyaşlı uşaqların bağçaya getməsi onların sonrakı inkişafına müsbət təsir edən əhəmiyyətli amillərdəndir. Övladınız hazır olmadan onu uşaq bağçasına göndərməyiniz bir sıra fəsadlarla nəticələnə bilər. Onun ən vacib və ilkin vərdişlərə evdə sizin köməkliyinizlə yiyələndikdən sonra bağçaya getməsi daha doğrudur.  Övladınızın bağçaya hazırlığını aşağıdakı göstəricilərlə müəyyən edə bilərsiniz: hər gün eyni vaxtda...
Uşaqda pula düzgün rəftar etməyi necə formalaşdırmaq olar? Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s. Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə...
Övladınız sizə “yox” deyərkən hirslənirsiniz? Acıqlı şəkildə “bir də mənə yox cavabı versən, başqa cür olacaq” ifadəsiylə qarşılıq verirsinizsə qeyd olunanlara diqqət etməniz önəmlidir. Övladınızda “yox” deyə bilmə bacarığını formalaşdırmaq məhz sizin üzərinizə düşür. Çünki davamlı olaraq övladınızın “yox” cavablarını kobud qarşılamanız, hətta buna görə cəza verməniz onda bu kimi bacarığın...
Toplam 5 sayfa, 1. sayfa gösteriliyor.12345
Sayfa başına git