Cannes Film Festivalında Bu İl Nümayiş Etdiriləcək Filmlər

Cannes Film Festivalında Bu İl Nümayiş Etdiriləcək Filmlər
10 May 2016 Əlavə edildi, 435 Oxundu.
Reklam

Dünyanın ən məşhur kinofestivallarından biri olan Cannes Film Festivalı həqiqi kinonu dəyərləndirənlərin ən çox bəyəndiyi tədbirlərdən biridir. 1946-cı ildən təşkil olunan bu görkəmli tədbirə dünyanın müxtəlif yerlərindən olan kino peşəkarları, rejissorlar, aktyor və aktrisalar qatılır, filmsevərlərin onları daha yaxından görmək imkanı yaranır.

Bu il də keçirilməsi planlaşdırılan 69-cu Cannes Festivalı 11-22 may tarixlərində baş tutacaq. Qızıl Palma mükafatının qaliblərini avstraliyalı rejissor George Millerin rəhbərlik etdiyi Münsiflər Heyəti müəyyən edəcək. George Miller mövzuyla bağlı fikirlərini bölüşmüşdür: “Çox böyük bir həzzdir! Planetin hər tərəfindən olan film xəzinələrini meydana çıxaran festivalın mərkəzində olmaq böyük həzzdir. Digər münsiflər heyəti üzvləriylə atəşli müzakirəldə vaxt keçirə bilmək mənim üçün əsl şərəfdir.” 

Ötən il münsiflər heyətinə Coen qardaşları rəhbərlik edirdi və Qızıl Palma mükafatına da fransız rejissor Jacques Audiard layiq görülmüşdü.

Pahoo.az bu il Cannes Film Festivalında yayımlanacaq filmləri sizə təqdim edir:

1. “Elle”, Paul Verhoeven
2. “Ma Rosa”, Brilliante Mendoza
3. “Aquarius”, Kleber Mendonca Filho
4. “Bacalaureat”, Cristian Mungiu
5. “Agassi”, Park Chan-Wook
6. “I, Daniel Blake”, Ken Loach
7. “It’s Only the End of the World”, Xavier Dolan
8. “Julieta”, Pedro Almodovar
9. “The Unknown Woman”, Jean-Pierre Dardenne & Luc Dardenne
10. “Loving”, Jeff Nichols
11. “American Honey”, Andrea Arnold
12.”The Neon Demon”, Nicolas Winding Refn
13. “Personal Shopper”, Olivier Assayas
14. “Rester Vertical”, Alain Guiraudie
15. “Sierra-Nevada”, Cristi Puiu
16. “Toni Erdmann”, Maren Ade
17. “The Last Face”, Sean Penn

Qeyd edək ki, Türkiyə də bu il Cannes festivalında iştirak edəcək ölkələr sırasındadır. Belə ki, rejissor Hakkı Görgülünün çəkdiyi “Gabra” adlı qısa gilm Cannes Film Festivalının qısa film kateqoriyasında nümayiş etdirilmək üçün “Cannes Short Film Corner”a dəvət edilib.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git