Bahar təmizliyinin zamanı gəldi!

Bahar təmizliyinin zamanı gəldi!
18 Aprel 2016 Əlavə edildi, 355 Oxundu.
Reklam
Hər dəfə nə geyinəcəyinizi seçməyiniz saatlarınızı alırsa, problem şkafınızın dağınıq olması ola bilər. Şkafların doluluğu və qarışıqlığı səbəbindən paltarlarınızı görə bilmirsiniz və ola bilər ki, bəzilərini geyinməyi unudursunuz. Bundan qurtulmağın ən asan yolu isə bahar təmizliyidir. Geyinmədiklərinizdən və ya bir gün bəlkə istifadə edərəm deyə saxladığınız şeylərdən qurtulmaq həm şkaflarınızı səliqəyə salacaq, həm də nə geyinim dərdi bitəcək. Kateqoriyalara ayırın. Səliqəyə salmağın ilk addımı əşyaları kateqoriyalara ayırmaqdan keçir. Corablar, alt paltarları, üst geyimləri, yəni hər kateqoriya fərqli yerlərdə olsun. Əgər bir kateqoriya daxilində də çox çeşid varsa, onda o kateqoriyanın tərkibini də bir neçə kateqoriyaya ayırın. Məsələn cinsləri rənglərinə, pencəkləri istifadə etmə tezliyinizə görə qruplara bölə bilərsiniz. Bu işinizi asanlaşdıracaqdır. Çox rəfdən istifadə edin. Böyük bir şkafınız varsa, çox rəfdən istifadə edin. Bir rəfdə çox əşya olduqda nəyin harda olduğunu anlamaq vaxt ala bilər. Şkafınızı hər şeyi görə biləcəyiniz şəkildə səliqəyə salın. Yoxsa bir çox geyiminizi geyinmək ağlınıza belə gəlməyə bilər. Bir müddət sonra varlığını da unuda bilərsiniz. Bir rəfə 10 geyim sığdırmaqdansa, hər rəfə 4 geyim qoyun. Bu zaman ən altdakı paltarı götürərkən şkafı da dağıtmamış olarsınız. Sizi xoşbəxt edir mi? KonMari fəlsəfəsi şkafınızı səliqəyə saldığınız zaman işinizə yaraya bilər. Atmağa qıymadığınız geyimlərin sizi xoşbəxt edib etmədiyini özünüzdən soruşun. Ehtiyacınız olmayan, böyük ehtimalla bir də geyinməyəcəyiniz paltarları atın və ya ehtiyacı olan insanlara verin. Əgər əmin olmadığınız geyimləriniz varsa, geyinib necə yaraşdığını bir daha yoxlayın və qərarınızı qətiləşdirin. İşinizə yaramayan əşyalarınızı başqa cür dəyərləndirin. Arıqlayanda geyinərəm deməyin. Əynimizə olmadığı halda arıqlayacağımız və ya kökələcəyimiz günlər üçün saxladığımız geyimlər hamımızın şkafında var. Əyninizə olmayan şeyləri şkafınızdan çıxarın. Vaxt keçdikcə o geyimlər də dəbdən düşür, rəngi solur. İstədiyiniz çəkiyə çatdıqda yeni geyimlər alaraq özünüzü mükafatlandırın. Köhnəlibsə, vidalaşın. Ləkəli, cırılmış, sökülmüş və kənarları köhnəlmiş olan geyimlərinizlə vidalaşın. Köhnə ilə vidalaşıb yeniyə yer açmaq həmişə ən doğrusudur.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git