Aylara görə xarakter

Aylara görə xarakter
9 May 2016 Əlavə edildi, 362 Oxundu.
Reklam

Yanvar – Hirsli və ciddi olurlar. Öyrənməyi  və öyrətməyi  xoşlayırlar. Ağıllı və planlı hərəkət edirlər, çox və ürəkdən  işləyirlər. Dərin hissləri olan insanlardırlar, insanı necə xoşbəxt edəcəklərini bilirlər. Çox həyəcanlanırlar, romantikdirlər, amma sevgilərini ifadə etməkdə çətinlik çəkirlər, uşaqları sevir, sadiq həyat yoldaşı olurlar, çox qısqancdırlar, sosial tərəfdən zəifdirlər. Mübariz və güclü insanlardır, istəklərinə mütləq çatırlar. Kariyerada yüksəlirlər.

Fevral – Xırda şeylərə önəm verirlər, dəyişkəndirlər, səssiz, utancaqdırlar. Özlərinə bir o qədər də güvənmirlər. Dürüstdürlər, bəzən tez inciyirlər, dəqiq olmayan işlərdən xoşları gəlmir, inadcıldırlar. Xəyallarının ardınca gedirlər.
Mart – Utancaq, əsrarəngiz, mərd və gözəyatımlı, rahatlığı sevən insanlardırlar. Kiməsə xidmət etməkdən zövq alırlar. Asanca hirslənməzlər. Nəzakətə önəm verirlər, intiqamçıdırlar, səyahət etməyi, diqqət çəkməyi sevirlər. Templi musiqiləri sevirlər, çox dəyişkəndirlər.
Aprel – Aktiv və enerjilidirlər. Tez qərar verib, tez peşman olurlar. Diplomatik işlərə çox yarayırlar, insanlara təsəlli verməyi sevirlər, dostlarının sıxıntıları, ehtiyacları ilə maraqlanırlar. Cəsurdurlar, macəraları sevirlər. Sevgisini bəlli edirlər. Hafizələri güclüdür. Baş ağrıları çox olur.
May – Sərtdirlər, tez hirslənirlər. Fiziki gözəlliyə önəm verirlər. Xəyal qurmağı sevirlər, qabaqgörən insandırlar. Onları sakitləşdirmək asandır. Anlayışlıdırlar. Ədəbiyyatla maraqlanırlar. Evdə oturmağı sevmirlər, uşaqları çox sevirlər.
İyun – Eyni anda birdən çox şey düşünürlər. Şirindilli, həssas, qərarsız, komik və əyləncəlidirlər. Tez ünsiyyətə girməyi bacarırlar, tez dost olurlar, tez inciyəndirlər, çox inadcıldırlar.
İyul – Gözəl sirdaşdırlar. Onları başa düşmək çətindir. Çox qürurludurlar. Başqalarının düşüncələrinə çox önəm verirlər. Hər şeylə maraqlanandırlar, kin saxlamırlar, gözəyatımlıdırlar. Tək qalmağı sevirlər. Dost sıxıntısı çəkmirlər. Ağır işləri sevirlər, onları fikirlərindən döndərmək çətindir. Mədələrində problem ola bilər.
Avqust – Zarafatı sevirlər. Qorxuları yoxdur, liderlik özəllikləri var. Asanlıqla fikirlərini dəyişdirmək olur. Diqqətli və tədbirlidirlər. Yol göstərməyi sevirlər, romantikdirlər.
Sentyabr – Çox yaxşı dinləyicidirlər, sadiq və güvəniləsi insanlardırlar. İşləri üzərlərinə götürməyi sevirlər. İnsanların səhvlərini üzlərinə vurmağı, idman və səyahəti sevirlər. Münasibətlərində seçicidirlər. Hisslərini gizlədirlər.
Oktyabr – Hər kəslə söhbət etməyi sevirlər. Yalanı, uydurmaları sevmirlər. Dostlarına çox önəm verirlər. Asanlıqla küsüb barışırlar. Köməklərini təklif etmirlər, başqalarının düşüncələrinə önəm verirlər. Özlərinə bir o qədər də güvənmirlər. Ətrafdakılardan tez təsirlənirlər.
Noyabr – Əyləncəli  insandır. İnsanlara asanlıqla təsir edirlər, çalışqandırlar. Kontrolu ələ almağı sevirlər. Yaxşı  liderdirlər.
Kömək etməyi sevirlər və bunu içdən edirlər. Sürprizləri xoşlayırlar. Səhvləri bağışlamırlar, iradəcə güclüdürlər, dərin hissləri sevirlər. Hər kəsi olduğu kimi qəbul edir, sirr saxlamağı bacarırlar.
Dekabr – Sadiq, mərd, səbirsizdirlər. Birlikdə vaxt keçirmək üçün əyləncəli insandır. Əzimli, sosial yöndən qüvvətlidirlər. Dostlarını özlərindən çox düşünürlər, hirsləri uzun çəkmir. Sevildiyini hiss etmək istərlər.
Motivasiya.com

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git