2016-nın mebel trendi

Geyim, gözəllik trendlərindən əvvəlki yazılarımızda oxumusunuz. Bu dəfə də sizə evinizi gözəlləşdirmək üçün 2016-cı ilin mebel trendindən yazırıq. Belə ki, təqdim etdiyimiz trendlərdən faydalanıb siz də evinizi dəblə dekor edə bilərsiniz. Bu il mebellərdə təbii materiallar və canlı rənglər önə çıxacaq. Evinizdə həm canlılıq, həm də dəb yaratamaq istəyirsinizsə bu ipucları sizin üçündür.

Sadə, modern və funksional detalları olan minimalist ruhu özündə birləşdirən mebellər hakim olacaq

2016-cı ildə təbiəti simvolizə edən detallar, dekorasiyalar trend olacaq

Şəhərdə yaşayan və təbiət həsrətilə yaşayanlar üçün isə təbii materialların olduğu parçalar üstünlük təşkil edəcək. Mebellərdə təbii ağaclar, təbii rənglər olacaq ki, həyatınızda yüksək yaşam keyfiyyəti yaradacaq.

Təbiətin rənglərini 2016-da həmişə hiss edəcəksiniz. Dəniz mavisi, ağac yaşılı və torpaq çalarları böyük mebellərdə özünü göstərərkən, qırmızı, çəhrayı, narıncı, sarı və bənövşəyi isə kiçik mebellərdə önə çıxacaq.

Mebellər inşaat sahəsindəki dəyişimlə birlikdə kiçildi, qatlanabilən oldu və hissələrə ayrıla bildi. Bu ilin trendi də məhz bu tipdə mebellər olacaq.

Aksessuarlarda da rənglər geniş şəkildə istifadə olunacaq. Amma təbii ki, uyğunluq mütləq gözlənilməlidir.

İşıqlandırmada isə ağac detallar, müasir və eleqant xətlərin özünü göstərdiyi lampalar trend olacaq.

12 Fevral 2016 Əlavə edildi, 664 Oxundu.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git