Ərzaqların düzgün saxlanma qaydası

Ərzaqların düzgün saxlanma qaydası
2 Aprel 2016 Əlavə edildi, 410 Oxundu.
Reklam

Evə bazarlıq edərkən cürbəcür tərəvəzlər almağı da unutmuruq. Amma bir neçə gün keçəndən sonra onlar ya təravətini itirir, ya da kif basır. Bu isə həm cana, həm də cibə zərərlidir. Lakin bir çox təcrübəli evdar xanımlar tərəvəzləri uzun müddət təzə saxlamağın sirlərini bilirlər. Hətta tez xarab olan ərzaqların belə ömrünü uzadırlar. Necə? Sizə bir neçə ipucu verəcəyik!

Kəsilmiş avokadonun ömrünü uzatmaq üçün onu saxladığınız qabın içinə yarıya bölünmüş soğan qoyun.

Banan “topasının” ucuna qida pərdəsi sarımaqla onları daha uzun müddət təzə halda saxlaya biləcəksiniz.

Qarğıdalı lopalarını dondurucuda saxlasanız, onlar bir-birinə yapışmayacaq.

Soyuducunun qapısında saxladığımız yumurtalar qapı açılıb bağlandıqca xarab olub keyfiyyətini itirir. Yumurta qabının qapıda quraşdırılmasına baxmayaraq, ora yumurta saxlamaq üçün heç uyğun yer deyil. Yaxşı olar ki, onları soyuducunun içinə yerləşdirəsiniz.

Sirkə sevimli çiyələklərinizin ömrünü uzatmaqda sizə kömək edəcək. Bunun üçün çiyələkləri 1 st. sirkə + 3 st. su qarışığında saxlamaq lazımdır.

Ümumiyyətlə, bütün meyvə-tərəvəzlər sərin və qurdu yerdə saxlanılmalıdır.

Peçeye xırçıltılı qalsın deyə, onu saxladığınız qabın içinə bir dilim təzə çörək qoyun.

Etiketler:

Reklam
Şərhlər

Daha əvvəl şərh yazılmayıb.

Sayfa başına git